Avropa bir şeyi anlamalıdır-əgər nizamlanma prosesi uzanarsa, ABŞ Ukraynadakı sülh prosesindən çıxa bilər. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus "Fox News" telekanalında çıxışı zamanı bildirib.
"Avropalı tərəfdaşlarımızın bizi eşitmələri vacibdir: biz bununla bir il məşğul olmayacayıq. Görüş dalınca görüşlər keçirməyəcəyik, gözləmək və ümid etmək fikrində də deyilik", - Bryus Avropa liderlərini xəbərdar edib.
Bununla da Bryus "Axios" portalının ABŞ-nin Ukraynadakı sülh prosesindən çıxmaq təhdidlərinin Rusiyaya deyil, Avropaya və Volodimir Zelenskiyə qarşı yönəldiyi barədə fərziyyəsini təsdiqləmiş oldu.
Avropa bir şeyi anlamalıdır-əgər nizamlanma prosesi uzanarsa, ABŞ Ukraynadakı sülh prosesindən çıxa bilər. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus "Fox News" telekanalında çıxışı zamanı bildirib.
"Avropalı tərəfdaşlarımızın bizi eşitmələri vacibdir: biz bununla bir il məşğul olmayacayıq. Görüşd dalınca görüşlər keçirməyəcəyik, gözləmək və ümid etmək fikrində də deyilik", - Bryus Avropa liderlərini xəbərdar edib.

Tural