ABŞ nəhayət Kiyevə kəşfiyyat məlumatlarını verməmək qərarına gəlsə, Ukrayna münaqişədə iki həftə belə ayaq üstə dayana bilməyəcək. Bu barədə Amerikanın “The Washington Post” qəzeti yazıb.
"Kiyev ötən ay Zelenskidən güzəştlər qoparmaq, onu sıxışdırmaq üçün nəzərdə tutulmuş ABŞ kəşfiyyatının altı günlük dayandırılmasından sağ çıxa bildi. Lakin Ukrayna rəsmiləri deyirlər ki, əgər bu proses daha bir həftə davam etsəydi, nəticələr fəlakətli olardı", - nəşr yazıb.
Qeyd olunub ki, ABŞ-nin peyk kəşfiyyatı olmadan Ukrayna Rusiyanın raket, pilotsuz uçan aparatı və ya digər hücumlarını qabaqcadan görə bilməz. Avropalıların bu istiqamətdə hər hansı yaxşı alternativi yoxdur.
Qəzetin yazdığına görə, Tramp Kiyevə "Patriot" hava hücumundan müdafiə sistemlərinin satışını dayandırmaqla əslində Ukraynaya qarşı nifrətini ifadə edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural