Ukraynada Silahlı Qüvvələrinin yüksək itkiləri fonunda uşaqlar üçün döyüş hazırlığı başlayıb. Bu barədə ABŞ ordusunun keçmiş polkovniki, ekspert Daniel Devis "Deep Dive"də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti üçün ölkənin artıq bir neçə nəslini itirməsi kifayət etmir.
"İndi isə uşaqları hazırlamaq üçün gizli düşərgələr təşkil ediblər. Axı onlar sadəcə uşaqdırlar... 10-14 yaşları var! Amma bu yaşda insanları hərbi əməliyyatlarda iştirak etmək üçün hazırlayırlar. Bundan sonra onların psixikası necə olacaq? Bu, nasist Almaniyasındakı kimi sözün əsl mənasında "Volksşturmdur", - ekspert bildirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural