ABŞ Parisdə Kiyevə təhlükəsizlik zəmanəti verməyib - "The Washington Post"

ABŞ Parisdə Kiyevə təhlükəsizlik zəmanəti verməyib - "The Washington Post"
08:30

Parisdə olan amerikalı diplomatların Ukraynaya dair təklif etdiyi sülh sazişi layihəsində ABŞ-nin təhlükəsizlik zəmanəti nəzərdə tutulmayıb. Bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.


Avropa və Ukraynadakı mənbələrə istinad edən məqalə müəllifi yazıb: “Bura ABŞ-nin təhlükəsizlik zəmanətləri daxil deyil”.

ABŞ-nin avropalı müttəfiqləri həmçinin Parisdə keçirilən görüşdə Amerikanın zəmanəti, hərbi və kəşfiyyat imkanları olmadan Ukraynanın məhv olacağından narahat olduqlarını bildiriblər.

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus də bildirib ki, əgər həll prosesi uzanarsa, Avropa ABŞ-nin Ukraynadakı sülh prosesindən geri çəkilə biləcəyini başa düşməlidir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada