Azərbaycanda tikinti materialları BAHALAŞDI - VİDEO

Azərbaycanda tikinti materialları BAHALAŞDI - VİDEO
09:30

Əvvəlki aylarla müqayisədə tikinti materialları bazarında qiymət artımı müşahidə olunur. Bahalaşma xüsusilə xaricdən gətirilən məhsullarda daha qabarıq hiss edilir.

News365.az ATV-yə istinadən xəbər verir ki, son iki həftədə bazarda qiymətlərin artdığı daha çox taxta, sement və mişar daşı kimi əsas tikinti materiallarında nəzərə çarpır. Məsələn, bir neçə ay öncə kubu 320 manata satılan taxta hazırda 340 manata təklif olunur. Sementin bir kisəsində 50 qəpik, mişar daşında isə 10 qəpik artım qeydə alınıb. Qiymət artımı digər tikinti materiallarında da özünü göstərir.

Alıcılar bahalaşmadan narazıdırlar. Satıcılar isə bunu həm istehsal xərclərinin, həm də idxal qiymətlərinin artması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, dam örtükləri, sement, xırdavat məhsulları və digər materialların satış qiymətlərində də yüksəliş var.

"Əvvəllər taxtanın kubunu 320 manata alırdıq, indi 330-340 manata qədər qalxıb. Artım var və bu davam edir", - deyə satıcılardan biri bildirib.

Dam örtüklərinin qiymətləri qalınlıq və keyfiyyətə görə dəyişir - 3 manat 50 qəpikdən başlayaraq, 30 manata qədər yüksəlir. Satıcılar bildirirlər ki, məhsullar yerində bahalaşır, bu isə onların satış qiymətlərinə təsir göstərir.

Ekspertlər tikinti materiallarının bahalaşmasının səbəbini nə ilə izah edirlər?

Ətraflı süjetdə:


 


Sizin reklam burada
Sizin reklam burada