“Venesiya” şadlıq evindəki kütləvi zəhərlənməyə görə ARAŞDIRMA BAŞLADI- YENİLƏNDİ

“Venesiya” şadlıq evindəki kütləvi zəhərlənməyə görə ARAŞDIRMA BAŞLADI- YENİLƏNDİ
11:40

Xətai rayonunda yerləşən iaşə obyektində müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

News365.az xəbər verir ki, bu barədəTƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30 radələrində çağırış daxil olub. 

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.

***

Dünən gecə 32 nəfərin toyda zəhərlənməsi ilə araşdırma aparılır.

News365.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Məlumatda qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Qeyd edək ki, hadisə Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada