Financial Times (FT) diqqət çəkən məlumat yayıb. Nəşr yazıb ki, Britaniyanın hərbi fəaliyyəti ilə bağlı hesabatında qeyd edilib ki, hakimiyyət Arktikada hərbi mövcudluğunun genişləndirilməsinə çağırış edəcək.
"Böyük Britaniya Arktikada və uzaq şimalda hərbi fəaliyyətini gücləndirməlidir. Çünki bölgə buzların əriməsi ilə torpaqların artması səbəbindən getdikcə daha çox mübahisəli olur", - nəşr hökumətin müdafiə hesabatındakı tövsiyələrə istinad edib.
Nəşrin məlumatına görə, plan NATO-nun keçmiş baş katibi Corc Robertsonun rəhbərliyi altında müstəqil ekspertlər tərəfindən hazırlanacaq. Sənədin 2025-ci ilin birinci yarısında dərc ediləcəyi gözlənilir.
Tural