Sərhədçilər PUA ilə narkotik keçirilməsinin qarşısını alıblar - FOTOLAR

Sərhədçilər PUA ilə narkotik keçirilməsinin qarşısını alıblar - FOTOLAR
18 Apr 2025 18:04

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. 

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada