Dubayda 5 mənzil alan rus yol polisinə 5,5 il iş kəsdilər

Dubayda 5 mənzil alan rus yol polisinə 5,5 il iş kəsdilər
09:50

Dubayda 5 mənzil almış Moskva yol polisinin keçmiş əməkdaşı Sergey Kuznetsov külli miqdarda rüşvət almağa cəhd etdiyinə görə həbs edilib. O, 5,5 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib. Bu barədə Rusiya mediası məlumat yayıb.


Həmin şəxs hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Hökm Moskvanın Babuşkinski Rayon Məhkəməsi tərəfindən çıxarılıb, daha sonra Kuznetsovun apellyasiya şikayətindən sonra Moskva Şəhər Məhkəməsi tərəfindən baxılıb və dəyişməz qalıb. Keçmiş yol polisi əməkdaşı məhkəmənin hökmü ilə polis baş leytenantı rütbəsindən də məhrum edilib. Onun həbsdən çıxdıqdan sonra 5 il ərzində dövlət və ya hüquq-mühafizə orqanlarında vəzifə tutması da qadağan edilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada