İtaliyanın şimal və mərkzi ğlgələrini vuran qasırğa üç nəfərin ölümü, onlarla insanın təxliyə edilməsi və minlərlə insanın elektrik enerjisiz qalmasına səbəb olub.
"Euronews"un yaydığı məlumata görə, güclü yağış və dolu bir neçə şəhərdə daşqınlara səbəb olub və infrastruktura ciddi ziyan vurub.
Pado çayının daşması ilə əlaqədar Lombardiya və Emiliya-Romanya bölgələrində qırmızı, Pyemontda isə narıncı həyəcan siqnalı verilib.
Fransa ilə sərhəd bölgəsi olan Valle-d'Aostada təxminən 7 min nəfər elektrik enerjisiz qalıb.