ABŞ-nin Ukraynadakı sülh prosesindən çıxmaqla hədələri Rusiyaya deyil, Volodimir Zelenskiyə qarşı yönəlib. Bu barədə "Axios" portalı avropalı rəsmilərə istinadən yazıb.
"Üç avropalı diplomat Rubionun son şərhlərinin ilk növbədə ukraynalılara yönəldiyini bildirib. Ukrayna hökumətinə yaxın mənbə də Rubionun şərhlərinin Ukraynaya təzyiq etmək məqsədi daşıdığını deyib", - nəşr yazır.
"Axios" ABŞ dövlət katibi Marko Rubionun ABŞ prezidenti Donald Trampın səbrinin tükəndiyi və Rusiya ilə Ukrayna arasında tezliklə sülh razılaşmasının əldə olunmasını tələb etdiyi barədə sözlərini şərh edərkən digər maraqlı məqamlara da toxunub. Eyni zamanda, Avropa rəsmilərinə istinad edən nəşrin məlumatına görə, Rubio Rusiyaya təzyiq göstərməyin zəruriliyi barədə heç nə deməyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural