"Hababam sınfı"nın aktyorları yubileydə bir araya gəldilər - FOTOLAR

"Hababam sınfı"nın aktyorları yubileydə bir araya gəldilər - FOTOLAR
18 Apr 2025 22:05

Türkiyə kinosunun unudulmaz əfsanəsi olan "Hababam sınfı" filmi 50 yaşını həyatda olan aktyorları ilə qeyd edib.

Bu barədə DHA məlumat yayıb.

Məlumata görə, Türkiyənin dörd bir tərəfindən gələn aktyor heyəti kinonun unudulmaz mirası "Hababam"ı yad edib, ortaq həvəsləri olan "Fənərbağça" ilə bağlı xatirələrini və hisslərini ifadə ediblər. İllər əvvəl "Fənərbağça" - "Erciyes" matçında yaşadıqları matç təcrübəsi, tribunalardan eşitdikləri sevgi şüarları və "sarı-lacivərdlər"ə olan bağlılıqları bu özəl yubileydə yenidən canlanıb.

"Burada gördüyünüz kimi, sağ olan dostlarımızın hamısı Türkiyənin hər yerindən gəliblər. Biz burada 50 illik yubileyimizi qeyd edirik. 50 il türk kinosunda böyük hadisədir", - deyə "Hababam sınfı"nın həyatda olan adlarından Ercan Gezmiş hisslərini ifadə edib.


Sizin reklam burada
Sizin reklam burada