Qloballaşan dünyada sosial şəbəkələrin gündən-günə əsas biznes alətinə çevrilməsi sahibkarlar arasında yanlış informasiyaların gəzməsinə səbəb olur. Adətən sosial şəbəkə hesabları vasitəsilə daha çox qazanc əldə etmək istəyən sahibkarlar, qısamüddət ərzində sosial şəbəkə mütəxəssisləri tərəfindən reklama az büdcə ayıraraq fantastik müştəri sayına sahib olacağı qənaətinə gəlir. Lakin bu o qədər də asan və qısa müddətə həll oluna bilən prosedur deyil. Çünki müasir dövrdə süni intellekt alətləri vasitəsilə tənzimlənən alqoritmanın mürəkkəbliyi hər gün daha da mürəkkəb vəziyyətə gəlir.
Meta şirkətinə aid olan sosial şəbəkələrda paylaşımlar hər gün daha fərqli amillərə görə trendə çevrilir. 0-dan yaradılan səhifənin anidən viral səhifəyə çevrilməsi üçün ilk növbədə paylaşımların məzmun keyfiyyəti ideal olmalıdır ki, azsaylı izləyicilər tərəfindən maraqla qarşılansın. Və beləliklə ağıllı alqoritma onu maraqlı kontent kimi qəbul etsin. Daha sonraki mərhələlərdə paylaşımlar bir çox amilə görə fərqli kombinasiyalar tətbiq olunaraq paylaşılmalıdır. Qeyd etmək lazımdır ki, İnstaqram platformasında hər bir səhifənin özünəxas alqoritması vardır. Məsələn, hər bir səhifənin özünün viral saatı, paylaşım ərazisi və yaş aralığı fərqli şəkildə təyn olunur. Bunu təsbit etmək isə zamanla baş verir. Buna görə səhifə sahibləri bunu təsbit etməsi üçün analitika proqramlarından istifadə edərək və daha çox paylaşım edərək öyrənməlidirlər.
Bundan əlavə video paylaşımlarının daha çox izlənmə saniyəsinə görə fərqli alqoritmləşdirmə təsnifatı, daha çox rəy, daha çox göndər butonu ilə də fərqli şəkildə alqoritmləşdirmə həyata keçir. Son zamanlar tiktokun viral musiqi alqoritmi Instagram üçün də tətbiq olunduğu üçün burda da viral musiqi üzrə kəşfet bölməsinə düşmək olur. Buna görə sıfırdan səhifə yaratmaq üçün daha çox məzmun və səbr lazımdır.
Sosial şəbəkə reklamları da eynən bu cür faəliyyət göstərir. Lakin burda daha çox kateqoriya vardır. Məsələn videonun daha çox insanın qarşısına çıxması üçün doğru saat, ərazi, yaş aralığı, maraq dairəsi, hərəkətdə olan istifadəçilər, digər sosial şəbəkələrdə axtarış edən istifadəçilər və s. kimi 100-lərlə nüansa görə reklam viral olur. Az məbləğlə daha çox baxış gətirmək isə zaman və ustalıq tələb edir. Buna görə də möcüzə gözləmək yerinə yatırım edib doğru zamanı gözləmək lazımdır. Əgər bu prosedur qısa müddətdə az məbləğ qoyaraq böyük müştəri kütləsi əldə edəcək qədər sadə olsaydı, ilk öncə sosial şəbəkə mütəxəssisləri bundan istifadə edərdi. Əlavə olaraq bu rəqəmsal marketinq “kazino maşını” kimi 1-ə 100 versəydi, ənənəvi marketinq (televiziya, bannerlər, bilbordlar və s.) reklam ləğv olar, hər kəs bu prosedurun rahatlığından istifadə edərdi.
Fərid Ağazadə. Sosial Media Marketinq mütəxəssisi