Gündə nə qədər naringi yesək faydalı olar?

Gündə nə qədər naringi yesək faydalı olar?
26 Dek 2024 09:47

Meyvə insan sağlamlığı üçün həddən ziyadə faydalıdır. Hər bir meyvə tərkibində müxtəlif vitaminlər daşıyır.

Bəs, elə isə gündə nə qədər naringi yeyə bilərik?

Mütəxəssislər bildirirlər ki, sitrus meyvələrinin vitaminlərlə zəngin olmasına baxmayaraq, onları çox yemək olmaz. Naringilər vitaminlərlə zəngindir və çox da kalorili deyil. Ona görə də naringi qəbulunda diqqətli olmaq lazımdır.

Soyuq qış günlərində bu meyvədən maksimum fayda və həzz almaq üçün gündə 200-250 qramdan artıq naringi istehlak etmək lazımdır.  100 qram naringidə cəmi 38 kkal və 8 q karbohidrat var. Həmçinin, Yeni il sitrusu olan naringi yaxşı lif, vitamin və minerallar, bioflavonoidlər mənbəyidir.

Lakin hətta sağlam yetkin insanda da sitrus meyvələrinin, o cümlədən naringilərin həddindən artıq istehlakı dəri səpgiləri və qaşınma ilə müşayiət olunan psevdoallergik reaksiyaya səbəb ola bilər.

Dietoloqlar aydınlaşdırıblar ki, 100 q naringidən C vitamininin gündəlik tələbatının 40%-ni, həmçinin B və A qrupunun zəruri vitaminlərini ala bilərsiniz.

News365.az


Youtube kanalımız