Türkiyə-İran sərhədində 4,3 maqnitudada zəlzələ olub.
News365.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət Hakkari şəhərində qeydə alınıb.
Zəlzələ ocağı 5,44 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakətin fəsadları barədə hələlik məlumat yoxdur.