Səhər yeməyinin doğru zamanı - Xərçəng riskini azaldır

Səhər yeməyinin doğru zamanı - Xərçəng riskini azaldır
31 Dek 2024 10:59

Mütəxəssislər hər zaman səhər yeməyinin önəmindən danışırlar. Kimisi düşünür ki, səhər yeməyi artıq çəkiyə səbəb olur, kimisi də doğru səhər yeməyinin insanın gününü formalaşdırdığını deyir. Ölkəmizdə də insanlar səhər yeməyinə önəm verir, hətta həftəsonları səhər yeməyi təklif edən restoranlarda demək olar ki, yer olmur. Təkcə sağlamlıq üçün yox, birgə gözəl vaxt keçirtmək üçün də insanlar dostları ilə, ailələri ilə səhər yeməyini sevirlər.

Amma günün ilk yeməyi olduğu üçün bəzi məqamlara diqqət etmək lazımdır.

Bəs nələrə diqqət edilməli?

Prof. Dr. Vedat Göralın səhər yeməyi ilə bağlı məsləhətlərini sizlərlə bölüşürük.

“Günə sağlam başlamaq həyatın təməl daşıdır. Səhər yeməyinin doğru zamanda edilməsi bədən sağlamlığına dərindən təsir edir. Səhər 6-8 arasında erkən səhər yeməyi enerji verərək ürək sağlamlığını qoruyur və infarkt, xərçəng kimi ciddi xəstəliklərin riskini azalda bilər. Doğru saatda səhər yeməyi ömrü uzadır".

Səhər yeməyinin önəmi

Professor səhər yeməyinin önəmindən və insanlara necə təsir etdiyindən də danışıb.

“Səhər yeməyi təkcə günə başlamaq üçün deyil, uzun müddətli sağlam həyat sürmək üçün də kritik bir yeməkdir. Səhər yeməyi həm də xoşbəxtliklə əlaqələndirilir və günün ən əhəmiyyətli yeməyidir. Lakin səhər yeməyinin vaxtı onun tərkibi qədər vacibdir. Elmi araşdırmalar səhər saat 6-8 arasında səhər yeməyi yeməyin bədən sağlamlığına daha müsbət təsir etdiyini təsdiq edir. Qaraciyər yağlanması və yüksək xolesterin kimi sağlamlıq problemləri səhər 8-dən sonra səhər yeməyi yeyən insanlarda daha çox olur”.


Youtube kanalımız