Levon Ter-Petrosyan özünü və ölkəsini ifşa etdi

Levon Ter-Petrosyan özünü və ölkəsini ifşa etdi
06 Yan 2025 18:15

Ermənistan siyasətinin əsas bünövrəsi Azərbaycana və azərbaycanlılara qarşı yönəlib. Bu fikirləri politoloq İlqar Vəlizadə news365.az-a açıqlamasında bildirdi. O hesab edir ki, Hakimiyyət dəyişsə belə, siyasətin mahiyyəti sabit qalır və bu da real dəyişikliklərin baş verməsini çətinləşdirir.

 

"Təəssüflər olsun ki, belə halda real dəyişikliklər çətindir. Eyni zamanda Azərbaycanın əsas tələbləri də bundan ibarətdir ki, Ermənistan Konstitusiyasında dəyişikliklər baş versin və bu dəyişikliklər, Azərbaycanlıların Ermənistana qayıtması real olaraq Ermənistandakı vəziyyətin dəyişməsini ehtiva eləsin, yəni onun haqqında bir mesaj versin. Hələ ki, belə mesajları biz görmürük."


Ter-Petrosyanın açıqlamaları Ermənistanın siyasətinin mahiyyətini açır. Kadrlar 31 il əvvəl aid olsa da, politoloq İlqar Vəlizadə hesab edir ki, Ermənistanın siyasətində ciddi dəyişiklik müşahidə edilmir. İrəvanın Konstitusiyasında və normativ sənədlərində bu yanaşma hələ də mövcuddur.

"Bu kadrların ərsəyə gəlməsi bir də onu göstərir ki, biz Azərbaycan olaraq, Azərbaycan cəmiyyəti olaraq ayıq olmalıyıq. Çünki əvvəlki illərdə biz düşünürdük ki, Petrosyan belə bir siyasətçidir ki, Azərbaycanla dialoq istəyir, Azərbaycanla yeni səviyyədə münasibətlərin qurulmasını istəyir, amma görünür ki, belə deyil. Yəni, biz sözlərə yox əməllərə inanmalıyıq."

Bu açıqlamaların yenidən gündəmə gəlməsi müxtəlif versiyalara yol açsa da, əsas məqam Ermənistan siyasətində ciddi dönüşün olmamasıdır. Daha bir əhəmiyyət isə ondan ibarətdir ki. kadrların ortaya çıxması Petrosyan kimi canilərin məkrli planlarını 30 ildən sona darmadağın etdi




Youtube kanalımız