İran əslində kimlərlə savaşdadır?- Tural İrfan yazır

İran əslində kimlərlə savaşdadır?- Tural İrfan yazır
09:11
Ərdəbil kimi Azərbaycan əyalətinə hind-erməni əsilli qeyri - müsəlman bir təxribatçını baş molla təyin etmək İslam dininə təhqirdir. Həsən Amuli kimi ermənilərin başına qara sarıq sarıyıb seyid kimi qələmə vermək İmam Hüseyni, Əhli-Beyti təhqir etməkdir.
Həsən Amulinin ulu babaları Sasanilər zamanı Hindistandan indiki İrana gəlmiş ermənilərdir. Xəlifə Ömər Sasani imperiyasını dağıdanda bunlar müsəlman olmamaq üçün dağlara, Suriyanın, Livanın ucqar yerlərinə qaçıblar. Orada İslama qarşı, xilafətə qarşı mümkün olan təxribat və cinayətlərə əl bulayıblar. Əsasən Əhli Beyt bayrağını istismar edərək Səbəiyyə, Keysaniyyə, Nusayri, İsmaili, Druz, Ğulat kimi ekstremist təriqətlərə daxil olub fars şüubiyyəçilərinin ideologiyasına qulluq ediblər. Səfəvilər dövlət quranda Şəms Lahici kimi fars ideoloqların vaxtilə qoymuş olduğu izlə Cəbəl Amuldan, Suriyadan bu şəxsləri qatı və sərt dini - ideoloji, siyasi qanunlar yaratmaq üçün gətirdilər. Onlar da Livanda, Suriyada uydurduqları minlərlə rəvayət və hədisləri kitablara doldurub şəriət, fiqh, üsul, təfsir yazmağa başladılar. Əllamə Məclisi kimi bir fars Əhli-Beyt adına 114 cildlik fitnə, fəsad, məzhəb ixtilafı, İslamı təhriflərlə dolu hədis kitabı yazdı ki, bu gün İranın əsas qanunları bu mənbələr üzərində bərqərardır. Erməni kimi Livana qaçan bu şəxslər Səfəvilərə qayıdanda başlarına qara sarıq sarıyıb artıq seyid, Peyğəmbər övladı cildində dönürdülər. İslamın əsas xəttinə zidd, əsasən türk millətinə qarşı radikal bir ideologiya yaratdılar və nəticəsi də məlumdur. Coğrafi sərhədləri ideoloji, məzhəbi sərhədlərlə əvəzləyib iki müsəlmanı, iki türkü bir - birindən rəsmən, dövlət səviyyəsində ayırdılar.
Beləliklə İrandakı qara əmmaməlilər erməni keşişləri sayaq qara rəngə bürünüb özlərini İmam Hüseynə nisbət verdilər. Halbuki seyidlərin rəngi, əlaməti yaşıldır, başqa müsəlman ölkələrində seyidlər fitnə - fəsad yaratmaqla yox, humanizm və mənəviyyatı ilə seçilirlər. Qara rəng Abbasilərin bayrağı və rəmzi idi.
Saxta şəcərələr qondararaq əsl kimliklərini gizlətmək və əhalini cəlb edib asanlıqla təsir altına salmaq üçün özlərini Peyğəmbər soyuna caladılar. Fars şüubiyyəsinin məqsədi Sasani imperiyasının əvvəlcə ideoloji sərhədlərini, sonra da coğrafi sərhədlərini bərpa etməkdir. Bu amalla ilk öncə Sasani imperiyasını çökdürən ikinci xəlifə Öməri əsir düşmüş fars general Piruz Əbu Lulu çəkməsində gizlətdiyi xəncərlə terror edərək öldürdü. Sonrakı mərhələdə isə onun barəsində iftiralar yayaraq guya Peyğəmbər qızını öldürmüş olması barədə saxta rəvayətlər qondardılar, nəticədə məzhəbçiliyin, Peyğəmbərin arvadlarını, səhabələrini təhqirin əsası qoyuldu. Xəlifəni farslar Sasani imperiyasını çökdürdüyünə görə söyə bilməzdilər, ona görə də böhtanlar və nağıllar uydurub müsəlmanlar arasında yaydılar ki, guya xəlifə İmam Əlinin arvadı Fatimənin qabırğasını sındıraraq öldürüb. Bununla əslində İmam Əlini də aşağılayıb təhqir etdilər, Allahın aslanı kimi tanınan bir şəxsə qorxaq, aciz, iş yarıtmaz adam obrazı vermiş oldular. Beləcə məğlub olub İslam coğrafiyasına səpələnmiş Sasani ideoqoları İslam daxilində fərqli təriqətlər, təşkilatlar yaradaraq həm dinə, həm də xilafətə zərbə vurmağa, özlərinin yeni milli dinini yaratmağa başladılar. Beləcə Büveyhilər, Qərmətilər, Həşşaşilər, Səfəvilər ortaya çıxdı. Bütün bunların son nəticəsi kimi də indiki İran rejimi meydana gəldi.
Bu rejimin amalı, batini ideologiyası İslamı təhrif etməklə içindən məhv edib müsəlmanları parçalayaraq zəiflədib Sasani imperiyasını bərpa etməkdir.
İranın savaşı əslində İslam və Türk dünyası ilədir.
Tural İrfan, MCP sədrinin müavini

Youtube kanalımız