O nazirlikdə vicdanlı biri varsa... - Vətəndaş üsyan etdi

O nazirlikdə vicdanlı biri varsa... - Vətəndaş üsyan etdi
09 Yan 2025 19:21

Balakən rayonunun Şambul kəndində yaşayan vətəndaşın övladına verilən pensiya kəsilib. Şikayətçi məsələ ilə bağlı emosional açıqlama verərək, ədalətsizliyə qarşı səsinin hər kəs tərəfindən eşidilməsini istəyir.


Vətəndaş bildirib ki, bu hadisə onu dərin sarsıntıya salıb:

"Mən bu başdan o bacımdan üzr istəyirəm. O səsə görə. Bu səsi yayacağam. Bəlkə də xanım bundan sonra məni tanımaz, məndən inciyər. Amma dünəndən bu hadisədən sonra özümə gələ bilmirəm. Hər kəsdən xahiş edirəm, bu səsi yaysın, paylaşsın ki, məsul şəxslər tədbir görsün."


Şikayətçi bildirib ki, pensiyanın kəsilməsi səbəbindən ailəsi ağır vəziyyətdədir:

"Mənim uşağımın pensiyası kəsilib. Nəyə görə? Mənim düz-əməlli yaşayışım yoxdur, qaynımın evində yaşayıram. Evim, eşiyim yoxdur. Qaz, işıq pulunu ödəyə bilmirəm. Sağlamlıq problemlərim var, ağrılarım məni yaşamağa qoymur."


Şikayətçi problemin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə səslənib:

"Əgər o nazirlikdə vicdanlı biri varsa, bu səsi eşitsin və bu ədalətsizliyi aradan qaldırsın. Mənim övladımın pensiyası bərpa olunsun."


Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparması və problemin həlli gözlənilir.



Youtube kanalımız