Naxçıvan şəhərində suyun verilişi dayandırıldı

Naxçıvan şəhərində suyun verilişi dayandırıldı
09 Yan 2025 23:30

Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırılıb.


News365.az xəbər verir ki, şəhərin Cəlil Məmmədquluzadə küçəsindən keçən diametri 355 millimetr olan əsas magistral xətdə qəza baş verib.


Qəzaya səbəb kimi boru xəttinin uzun müddət istismar edilməsi ehtimal olunur.


Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.



Youtube kanalımız