Məşhur müğənni Yusif Mustafayev təyyarə fobiyası ilə bağlı maraqlı etiraf edib. Sənətçi artıq uzun illərdir ki, təyyarəyə minmədiyini bildirib.
O, sonuncu dəfə 2001-2003-cü illərdə təyyarəyə mindiyini və o vaxtdan bəri bu nəqliyyat vasitəsindən istifadə etmədiyini qeyd edib:
"Təxminən 22-23 ildir ki, təyyarəyə minmirəm. Fobiyam var. Doqquz saat yarım uçmuşdum, amma o gündən sonra qərara gəldim ki, daha minməyim."
Müğənni yüksək məbləğdə təkliflər alsa da, fobiyasına görə bu səfərləri rədd etdiyini açıqlayıb:
"Bir dəfə Qazaxıstanın Pavlodar şəhərində böyük bir məbləğ – 30 min dollar təklif etdilər. Lakin bu riski gözə ala bilmədim."
Yusif Mustafayev fobiyası səbəbilə quru və digər nəqliyyat vasitələrinə üstünlük verdiyini vurğulayıb.