Sağlamlıq mərkəzinin rəhbəri qətlə yetirilib

Sağlamlıq mərkəzinin rəhbəri qətlə yetirilib
21:20

İyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzində orada işləyən Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Natiq Fətiyev münaqişə zəminində oranın rəhbəri, paytaxt sakini, 1985-ci il təvəlüldlü Babək Rəhimlini döyərək baş nahiyəsinə küt alətlə vuraraq öldürüb.

News365.az xəbər verir ki, daha sonra meyit Salyan rayonu Kürsəngi kəndinin ərazisində gölün kənarına atılıb.

N. Fətəliyev polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada