"Sabitliyin bərpasından danışmaq hələ tezdir" -Çeçen general

"Sabitliyin bərpasından danışmaq hələ tezdir" -Çeçen general
30 Mar 2025 10:05

Kursk vilayətinin Sudja şəhəri Ukrayna Silahlı Qüvvələrinin (VSU) davam edən əsas hücum zonası olaraq qalır və dinc həyatın bərpası faktiki olaraq qeyri-mümkündür. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı, general-leytenant Aptı Alaudinov yerli mediaya açıqlamasında məlumat verib.

O, şəhərin gündəlik artilleriya atəşinə məruz qaldığını və "hərəkət edən hər şeyi hədəf alan" FPV dronlarının hücumlarının intensivliyinin qaldığını söyləyib.

"Biz ilkin olaraq qarşımıza burada qalan mülki şəxslərin, əsasən də yaşlı insanların təxliyə edilməsi vəzifəsini qoyduq. Ərazidə sabitliyin bərpasından danışmaq hələ tezdir", - çeçen general vurğulayıb.

Kritik vəziyyətə baxmayaraq, uğurlu döyüşlərdən sonra Sudjada ilk kilsə xidməti baş tutub. Onu yerli kilsənin keçmiş müqəddəs atası, hazırda Axmat xüsusi təyinatlılarının hərbçisi olan Yevgeni Ata təşkil edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada