Talkovun qatilinə 13 il iş kəsdilər - VİDEO

Talkovun qatilinə 13 il iş kəsdilər - VİDEO
12:43

Rusiya İstintaq Komitəsi məşhur müğənni İqor Talkovun qətlində iştirak etmiş Valeri Şlyafmanın günahını sübuta yetirib. O, qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Sankt-Peterburq məhkəmələrinin birləşmiş mətbuat xidmətinin Telegram kanalı məlumat yayıb.


"Məhkəmə Valeri Petroviç Şlyafmanı cəzalandırdı və onu bir sıra cinayətlərə görə ümumi rejimli cəzaçəkmə müəssisəsində 13 il müddətinə azadlıqdan məhrum etdi", - Petroqradski Rayon Məhkəməsinin hakimi hökmü elan edib.

Rusiya İstintaq Komitəsinin Telegram kanalı da İstintaq Komitəsinin nümayəndəsinin Talkovun qətli ilə bağlı 2021-ci ildə yenidən açılmış istintaq hərəkətlərinin gedişatını təfərrüatlı şəkildə göstərən video yayımlayıb.

Müəyyən edilib ki, “Yubileynıy” İdman Sarayının pərdə arxasında yaranan münaqişə zamanı Şlyafman Talkovu revolver tapançası ilə güllələyib və onu ölümcül yaralayıb.


Şlyafman İsrailə qaçıb və 1992-ci ildə qəsdən adam öldürmədə qiyabi ittiham olunub. 2021-ci ildə iş yenidən qaldırılandan sonra müstəntiqlər cinayətin qəsdən törədildiyi qənaətinə gəliblər.




Tural 


Sizin reklam burada
Sizin reklam burada