Sabiq icra məmurunun məhkəməsi başlayıb

Sabiq icra məmurunun məhkəməsi başlayıb
11:10

Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham olunan sabiq əməkdaşı Ayxan Novruzovun cinayət işi üzrə məhkəmə başlayıb.

News365.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib.

    Qeyd edək ki, Ədliyyə Naziriliyinin rayon icra şöbələrindən birində icra məmuru işləmiş Novruzov Ayxan Nəsrulla oğlu rüşvət almaqda və dələduzluqda ittiham edilir.

    A.Novruzov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Baş İdarəsində araşdırma aparılıb.

    Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və birinci instansiya məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Cinayət işində 11 nəfər zərərçəkmiş qismində tanınıb.


    Sizin reklam burada
    Sizin reklam burada