Milli Qəhrəman İbad Hüseynov Xalq artisti, tanınmış aktrisa Xalidə Quliyevaya doğum günü münasibətilə qızıl sep hədiyyə edib.
News365.azxəbər verir ki, İbad Hüseynov bu barədə sosial şəbəkə hesabında video paylaşıb.
Milli Qəhrəman bildirib ki, Xalidə Quliyevanı çox sevir və ona doğma insan kimi bağlıdır.
Qeyd edək ki, Xalidə Quliyeva İbad Hüseynovun həyatından bəhs edən “Xüsusi təyinatlı İbad-2” filmində Milli Qəhrəmanın anası obrazını canlandırıb. Bu obraz aktrisanın yaradıcılığında xüsusi yer tutan rollardan biri olub.
İbad Hüseynov 1990-cı illərdə Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.