Ruslan Şahmalıyev Rusiyada vəfat etdi

Ruslan Şahmalıyev Rusiyada vəfat etdi
17 Apr 2025 20:50

Azərbaycan əsilli rejissor və kinossenarist Ruslan Şahmalıyev 88 yaşında Rusiyada vəfat edib.


News365.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqraflar İttifaqının məlumatında deyilir.


“17 aprel 2025-ci ildə dostumuz Ruslan Həsən oğlu Şahmalıyev aramızdan ayrıldı. Ailəsinə və yaxınlarına başsağlığı veririk”, - deyə bildirilib.


Qeyd edək ki, Sovet kinematoqrafiyasının görkəmi nümayəndəsi sayılan Şahmalıyev onlarla elmi-populyar və sənədli filmin, o cümlədən “Xəzər üzərində körpü”, “Dostluq möhkəmlənəcək”, “Rus mətbəxi”, “Temir-Tau”, “Axar suların nəğməsi”, “Müslüm Maqomayev”, “Oxuyan torpaq”, “Bakı memarlığı – dünən, bu gün – sabah”, “Kiçik Qafqazın ətəkləri”, “Yer – kosmos - əlaqə” və “Qafqazın bioenergetik masajı” kimi ekran əsərlərinin müəllifidir.


Sizin reklam burada
Sizin reklam burada