Çinin şimalındakı Şansi əyalətində birdən-birə altı "Şiyan-27" peyki orbitə buraxılıb. Bu barədə xarici KİV məlumat yayıb. Saytlar "Sinxua" xəbər agentliyinə istinad ediblər. Qeyd edilib ki, kosmik aparatların məqsədi kosmosu araşdırmaq və Çin texnologiyalarını sınaqdan keçirməkdir.
“Altı “Şiyan-27” peyki səhər saat 06:51-də orbitə çıxarılıb və öz təyin olunmuş orbitlərinə uğurla daxil olub”, - nəşr yazıb.
Agentlik onu da vurğulayıb ki, bu uçuş “Long March-6” seriyalı raketlər üçün 570-ci uçuş sayılıb.
Qeyd edək ki, Çin son illər kosmosu fəth etmək yolunda ciddi uğurlara imza atır. Pekin Ayın görünməyən üzünə aparat endirən ilk ölkədir.
Tural