Rusiyalı turistlər geyim qaydalarını pozduqları üçün Kalbada (BƏƏ) çimərlikdən qovulublar. Bu barədə TourDom.ru portalına bölgədə istirahət edən turistlərdən biri məlumat verib.
Onun sözlərinə görə, El- Fujayrahdakı "Al Bahar Hotel & Resort"da istirahət edən turistlər yerli çimərliklər neftlə çirkləndiyi üçün başqa çimərliklərə aparılıblar.
Ancaq bir gün yeni ərazidə istirahət edənlərlərə məlum olub ki, onlar açıq çimərlik paltarında dənizə girə bilməzlər. Buna icazə verilmir. Hətta polis reyd keçirərək açıq-saçıq geyinən hər kəsi çimərlikdən qovub.
"Bundan başqa, bizə deyildi ki, həmin adamları cərimələyiblər. Bizim otelin yaxınlığında dincəlmək mümkün deyildi. Neft iyi aləmi bürümüşdü", - həmsöhbət gileylənib.
Tural