Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” tətbiq ediləcək

Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” tətbiq ediləcək
14:01

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən qəbul edilmiş və Rusiyaya qarşı sert məhdudiyyətləri nəzərdə tutan yeni sanksiyalar paketini imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, beynəlxalq mediada "cəhənnəm sanksiyaları" kimi qələmə verilən bu qanun layihəsi Moskvaya vurulacaq ən ağır iqtisadi zərbələrdən biri hesab olunur.

Təsdiqlənən sanksiyalar paketi Rusiya maliyyə sistemini, dövlət borcu bazarını, eləcə də ölkənin əsas gəlir mənbəyi olan energetika və neft-qaz sektorunu hədəf alır. Qanuna əsasən, Rusiya enerji layihələrinə investisiya qoyan xarici şirkətlər və maliyyə institutları da ABŞ-nin yardımçı sanksiyaları ilə üz-üzə qalacaq. pizza sifarişi

Vaşinqtonun bu sərt addımı Kremlin xarici siyasətinə və regional təcavüzkar gedişlərinə cavab olaraq atdığı bildirilir.


Sizin reklam burada
Sizin reklam burada