Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur.
News365.az xəbər verir ki, Xidmətin məlumatında bildirilib ki, dumanın yaranmasına səbəb gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir.
Qeyd edək ki, il ərzində dumanlı günlər daha çox dekabr, yanvar, fevral, mart və aprel aylarında qeydə alınır. May-oktyabr aylarında dumanlı günlərin sayında azalma müşahidə edilsə də, noyabr ayından etibarən onların sayı tədricən artmağa başlayır.