Bui kitabı əsl intellektual xəzinədir

Bui kitabı əsl intellektual xəzinədir
11:45

Təhsil eksperti Etibar Əliyev professor Qorxmaz Quliyevin “Güzgü” adlı məqalələr toplusu haqqında paylaşım edib. O, kitabı Azərbaycan ədəbiyyatı və fəlsəfəsinə dəyərli töhfə kimi qiymətləndirib, xalq olaraq öz mütəfəkkirlərimizin yaradıcılığına yetərincə qiymət verə bilmədiyimizi vurğulayıb.

Etibar Əliyev bildirib ki, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli, Rəhman Bədəlov və Qorxmaz Quliyev kimi mütəfəkkirlərin yaradıcılığı hələ də tam dərk edilməyib.

Ekspert professor Qorxmaz Quliyevin sonuncu kitabının filosof və filoloqlar üçün stolüstü əsər olmağa layiq olduğunu qeyd edib.

Paylaşımda “Güzgü” kitabından bir parçaya da yer verilib. Həmin hissədə güzgünün insan şüurunun formalaşmasında oynadığı roldan bəhs olunur.

Qorxmaz Quliyev yazır ki, ibtidai insan dünyanı magiya vasitəsilə özününküləşdirib və güzgü effekti magik proseslərin həyata keçirilməsində mühüm rol oynayıb. Müəllif həmçinin heyvanların və insanların güzgüdəki əkslərinə münasibətinin fərqli olduğunu vurğulayır.

Etibar Əliyevin diqqətə çatdırdığı “Güzgü” məqalələr toplusu ədəbiyyatşünaslıq və dilçilik araşdırmalarına həsr olunub. Kitabda müəllifin müxtəlif mövzulara elmi yanaşması, analitik düşüncə tərzi və geniş dünyagörüşü əksini tapır.

Ekspertin fikrincə, əsər yalnız məqalələr toplusu deyil, həm də oxucunu düşünməyə və yeni elmi yanaşmalarla tanış olmağa sövq edən intellektual araşdırmadır.


Sizin reklam burada
Sizin reklam burada