Kiyevdə dağıntılar altından 11 nəfərin meyiti çıxarılıb

Kiyevdə dağıntılar altından 11 nəfərin meyiti çıxarılıb
10:10

Ukraynanın Kiyev vilayətində hücum nəticəsində dağılan yaşayış binasının qalıqları altından gecə ərzində 11 nəfərin meyiti çıxarılıb.

News365.az xəbər verir ki, xilasedicilər bütün gecə hadisə yerində axtarış aparıblar. Hava həyəcanı elan ediləndə onların təhlükəsizliyi üçün işlər müvəqqəti dayandırılıb.

“Həlak olanların yaxınları bütün bu müddət ərzində onları gözləyib, son ana qədər möcüzəyə ümid ediblər”, – məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada