Rusiya ordusu gecə ərzində Xarkov şəhərinə PUA-lar vasitəsilə zərbələr endirib.
Hadisə nəticəsində 67 yaşlı kişi və 70 yaşlı qadın həlak olub.
Bundan başqa, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Vilayət prokurorluğunun nümayəndəsi Dmitri Çubenkonun verdiyi məlumata görə, partlayışlar nəticəsində 12 çoxmərtəbəli yaşayış binası, 24 şəxsi yaşayış evi və 13 avtomobilə ziyan dəyib.