Rusiyada növbəti dəfə qəbirlər yandırılaraq təhqir olunub. Bu dəfə naməlum şəxslər Tümen qəbiristanlığında bir neçə qəbri yandırıblar. Bu barədə 72.RU-ya Tümen sakini məlumat verib.
Bazar günü, aprelin 6-da qadın nənəsinin məzarı önünə gələrkən onun yerində kül görüb. Hadisə Çervışevski qəbiristanlığında baş verib.
"Tonqal qalıqları var. Aydın məsələdir ki, yanğını kimsə bilərəkdən yaradıb. Çünki qonşu məzarlarda da yandırılmış çələnglər var", - Tümen sakini qəzəbini gizlətməyib.
Yaxınlarının qəbirləri yanğından zədələnən skainlər dərhal polisə müraciət edib. Yanğın törədənlər axtarılır.
Bir neçə gün öncə Primorsk diyarının Xorol kəndindəki qəbiristanlıqda da oxşar vandallıq edilmişdi. Həmin vaxt xüsusi hərbi əməliyyat (SVO) iştirakçılarının məzarlarını təhqir ediblər. Xorol bələdiyyəsinin başçısı Aleksey Qubaidullin də bu barədə özünün Telegram kanalında məlumat yayıb.
Tural