Rusiyada Ukrayna müharibəsində öldürülmüş hərbçilərin qəbrləri təhqir olunur. Bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, naməlum şəxslər Primorsk diyarının Xorol kəndindəki qəbiristanlıqda xüsusi hərbi əməliyyat (SVO) iştirakçılarının məzarlarını təhqir ediblər. Xorol bələdiyyəsinin başçısı Aleksey Qubaidullin də bu barədə özünün Telegram kanalında məlumat yayıb.
“Təəssüf ki, biz Xorol kənd qəbiristanlığında həmyerlilərimizin məzarlarının nifrətlə təhqir olunmasının şahidi olduq”, - deyə o yazıb.
Onun sözlərinə görə, vandallar müharibə iştirakçıları ilə yanaşı mülki şəxslərin də abidələrini, məzar daşlarını qırıb, həmçinin portretləri sındırıblar.
Qubaydullin qeyd edib ki, hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı cinayət işi açıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural