Rusiyanın Xabarovsk diyarında davam edən leysan yağışları nəticəsində Pravaya çayı məcrasından çıxıb və Krasnaya Reçka - Kazakeviçevo magistralının 12-ci kilometrliyində yerləşən alternativ yolu su yuyub aparıb.
News365.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitri Demeşin məlumat verib.
Region rəhbəri nəqliyyat infrastrukturunun axşam saatlarına qədər qaydaya salınacağını bildirib. Onun sözlərinə görə, hazırda daşqın zonasında müvafiq qurumların əməkdaşları, o cümlədən xilasedicilər, yol təmirçiləri və yerli bələdiyyə nümayəndələri fəaliyyət göstərirlər.
"Hazırda suaxıdan borular quraşdırılır, bu mərhələ bitdikdən sonra əraziyə qaya parçaları töküləcək. Suyun çəkilməsi işlərimizin tempini artırmağa şərait yaradır", - deyə D.Demeşin vurğulayıb.