Rusiyada həşəratlar da qida kimi istifadə olunacaq?

Rusiyada həşəratlar da qida kimi istifadə olunacaq?
12 Apr 2025 09:30

Rusiyada maraqlı təklif irəli sürülüb. Mütəxəssislər və bəzi aidiyyəti orqanlar həzərat zülalını qida əlavəsi kimi xalqa satılmasını təklif edirlər. Rusiya Dövlət Dumasının deputatı Dmitri Qusev bu barədə açıqlama verərək baton şokoladlar və yoqurt istehsalında həşərat zülalından istifadə edilməsi ideyasını rədd edib. 

"Bu, nə isə fantastika kimi səslənir", - deyib.

Qusev təklif edib ki, belə bir təşəbbüsü irəli sürən ekspert may bayramlarında şaşlıqdan imtina etsin və təzə ət əvəzinə milçək çeynəsin. O, əlavə edib ki, elm hələ də yerində dayanmadığı üçün bu cür məsələləri araşdırmaq da olar.

Xatırladaq ki, aprelin 8-də qida keyfiyyəti və təhlükəsizliyi üzrə məşhur ekspert Rostislav Qurman bildirib ki, “gələcəyin qidası”na bərabər tutulan həşərat məhsulları haqqında verilən mesajlar artıq internetdə populyarlıq qazanır. Belə məlumatların yayılmasının əsas səbəbi bəşəriyyəti təhdid edən aclığın qarşısını almaq niyyətidir. Bununla belə, böcək məhsullarının orqanizmə təsiri ilə bağlı mühüm məlumatların insanlardan gizlədildiyini vurğulanıb.

Qeyd edək ki, bəzi Asiya ölkələrində əsrlər boyu həşəratlardan müxtəlif formada əsas qida vasitəsi kimi istifadə edilsə də, Avropada belə bir təcrübə yoxdur. Yalnız son illərdə bir sıra həşəratların toz halında qidalara vurulması təbliğ edilib ki, bu da əsl və təbii protein qəbulu ilə əlaqələndirilir. Ancaq asiyalılardan fərqli olaraq avropalılarda həşəratlı qidaların ciddi alergiya xəstəliklərə yaradacağı proqnozlaşdırılır.

Tural

Sizin reklam burada
Sizin reklam burada