Rusiya Yaponiyanı hədələdi

Rusiya Yaponiyanı hədələdi
28 Fev 2025 10:24

Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrev diqqət çəkən açıqlamalar verib. Xarici KİV-in yaydığı məlumata görə, o, rəsmi Moskvanın Tokioda qəbul edilən 25-ci sanksiyalar paketinə cavab verəcəyinə söz verib. 

“Siqeru İşiba administrasiyasının ABŞ-də hakimiyyət dəyişikliyi ərəfəsində atdığı bu addım Yaponiya rəsmilərinin uzaqgörənliyini və qlobal geosiyasi prosesləri çox səthi başa düşdüyünü bir daha nümayiş etdirir”, - diplomat bildirib.

Xatırladaq ki, Yanvarın 10-da Yaponiya Rusiyadan olan 11 fiziki, 29 hüquqi şəxsə və üç banka qarşı sanksiya tətbiq edib.

Bundan əlavə, Yaponiya Nazirlər Kabineti 22 Rusiya təşkilatı və 335 növ malın ixracına məhdudiyyətlər qoyub. Sanksiyalar yanvarın 23-də qüvvəyə minib. Məhdudlaşdırıcı tədbirlər "NPO Maşinostroeniya", "Aleksinski" Kimya Zavodu və bir sıra digər mühüm müəssisələrə təsir edib. CMRBank, RFK Bank və Timer Bank da sanksiyalara məruz qalıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Kremlin işğalçı addımlarına cavab olaraq Qərb dövlətləri ardıcıl olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edir. 



Tural


Sizin reklam burada
Sizin reklam burada