Rusiya Xarkova hücum etdi - Yaralananlar var

Rusiya Xarkova hücum etdi - Yaralananlar var
15:10

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasına zərbə endirib.

News365.az xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov bildirib.

"Xarkovun Saltovsk rayonunda çoxmərtəbəli yaşayış binasına, eləcə də qonşu binaya zərbə endirilib. Binanın içərisində insanlar qalıb; xilasetmə əməliyyatı başlayıb", - o, sosial şəbəkə hesabında yazıb.

Mer əlavə edib ki, zərbə nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada