Rusiya səfirliyinin binasında yanğın - VİDEO

Rusiya səfirliyinin binasında yanğın - VİDEO
27 Apr 2025 13:31

Uruqvayın paytaxtı Montevideoda Rusiya səfirliyinin binasında yanğın baş verib.

Bu barədə “Telenoche” telekanalı məlumat yayıb.

“Yanğınsöndürənlər sürətlə hadisə yerinə gəliblər. Səfirlik binasının hava kanalından qalın tüstü qalxmağa başlayıb. Xilasedicilər xüsusi avadanlıqdan istifadə edərək qoruyucu barmaqlığı kəsməyə məcbur olublar. Onlar mişardan istifadə ediblər”, – deyə bildirilib.

Yanğının səbəbi və zərərçəkənlərin sayı açıqlanmır.


Sizin reklam burada
Sizin reklam burada