İnternetdə Krım körpüsünə hücuma cəhdlə bağlı döyüşləri əks etdirən video yayılıb. Videonu “Voenniy obozrevatel” Telegram kanalı yayıb. Görüntülərdə Rusiyaya məxsus Su-30 və Mi-8 helikopterinin Ukrayna Silahlı Qüvvələrinin (VSU) ekipajsız katerləri ilə döyüşü əks olunub.
“Bu yaxınlarda Krım körpüsünə və Kerçdəki hədəflərə hücum cəhdi zamanı Rusiya helikopterlərinə pulemyotla atəşin açılmasını əks etdirən Ukraynanın pilotsuz qayıqlarından çəkilmiş görüntülər yayılıb”, - paylaşımda yazılıb.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin diqqətini yayındırmaq üçün pulemyot və hava raketləri olan qayıqlardan istifadə edilib. Əvəzində isə bir sıra digər katerlər körpüyə keçməyə çalışıblar.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural