Rusiya məhkəməsi Elman Paşayevi azadlığa buraxmaqdan imtina edib

Rusiya məhkəməsi Elman Paşayevi azadlığa buraxmaqdan imtina edib
13:37

Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi Azərbaycan əsilli keçmiş vəkil Elman Paşayevi həbsdə saxlayıb. Bu barədə yerli media məlumat yayıb. 

Qeyd edilib ki, yanvarın 13-də Moskva Qarnizonu Hərbi Məhkəməsi Paşayevin həbs müddətini martın 15-dək uzadıb. Həmin iclasda məlum olub ki, keçmiş vəkilə qarşı şübhəli şəxs qismində daha bir iş açılıb. Paşayevə aid edilən ikinci dələduzluq epizodunun təfərrüatları o zaman açıqlanmayıb.

Hakim son iclasda isə deyib: “Ehtiyat və ya profilaktik  tədbirlərin uzadılması ilə bağlı qərar dəyişməz qalacaq”.

Saytlar isə yazırlar ki, Paşayevə qarşı ittiham olunan ikinci dələduzluq epizodu onun narkotik alverçisinin "SVO" zonasında rahat xidmət aparması vədi ilə bağlıdır. Bu, qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zaxarovanın dindirilmə protokolunun oxunduğu məhkəmədə məlum olub. Onun sözlərinə görə, N.Paşayev ona dövlət mükafatı alacağına, sonra isə azadlığa buraxılacağını da söz verib.

Tural


Sizin reklam burada
Sizin reklam burada