"Paşinyanı hakimiyyətə gətirən qəribə dairələr olub, amma mən bilirəm ki, Paşinyanı hakimiyyətə gətirən o qəribə dairələrdən daha çox erməni xalqı idi. Və erməni xalqının iradəsi ilə o orada oturur."
Ümid Partiyasının sədri İqbal Ağazadə bu sözləri News365.az-a şərh edib.
"O cümlədən, 2020-ci il — bizdə Vətən Müharibəsi, İkinci Qarabağ Müharibəsindən sonra, hətta 2021-ci ilin yanvar hadisələrindən sonra yeni seçkilər keçirildi. Və o seçkilərdə, Dağlıq maraqları olanlar məğlub vəziyyətdə idi və məğlub olmuş bir halda idi. Paşinyanın siyasi kursu, siyasi xətti qərbə inteqrasiyada idi. Bu da normal bir şeydir. Hər bir ölkənin seçimi olduğu kimi, gələcəyini hansısa bir ittifaqda, hansısa bir birlikdə və ya hansısa coğrafiyada görmək haqqıdır.
Rusiya ilə Ermənistan arasındakı yaxınlıq və Rusiya-Ermənistan müttəfiqliyi Azərbaycan üçün uzun illər çox baha başa gəldi. Bu, torpaqların işğalı ilə nəticələndi. 1992-ci ildə, hətta SSRİ dağıldıqdan sonra, 1991-ci ildə, DQMV məsələsində, ondan sonra tərəflər sanki qərbə inteqrasiya siyasətini əsas prioritet götürmüşdülər. O dövrdə, Ter-Petrosyan daha çox Cənubi Qafqaz ölkələri arasında qərbyönlü siyasətçi kimi tanınırdı. Lakin Azərbaycan torpaqlarının işğaldan azad olunmağa başladığı 1992-ci ilin iyun ayında, Ter-Petrosyan “U dönüş” edərək üzünü yenidən Rusiyaya tutdu və Rusiya ilə müttəfiq oldu. Rusiya ilə müttəfiqlik nəticə etibarilə Ermənistanda Rusiyanın hərbi bazalarının yerləşməsi ilə nəticələndi."