Rusiya-Gürcüstan sərhədində mindən çox yük maşını dayanıb

Rusiya-Gürcüstan sərhədində mindən çox yük maşını dayanıb
19 Yan 2025 17:43

Rusiya və Gürcüstan sərhədində "Yuxarı Lars" keçid məntəqəsinin qarşısında müxtəlif ölkələrdən 1 325 yük maşını növbədə qalıb.

Bu barədə "Sputnik" yazır.

Bildirilir ki, yük maşınlarının təxminən 400-ü Ermənistana məxsusdur.

Qeyd edək ki, Gürcüstan Hərbi Magistralı Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Marşrut Vladiqafqazdan Tbilisiyə qədər, "Yuxarı Lars" sərhəd-keçid məntəqəsindən keçir.