Bu gün axşam saatlarında Şirvan şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, “Kia” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü Miri Abbasov hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan sərnişin, eləcə də digər nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.