Türkiyə bu süpürgəçi qadından danışır - FOTO/VİDEO

Türkiyə bu süpürgəçi qadından danışır - FOTO/VİDEO
16:52

Ötən gündən Türkiyə mediasında dövlət bayrağını yerə düşməyə qoymaması ilə gündəm olan süpürgəçi mükafatlandırılıb.

News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Düzcə Bələdiyyəsi tərəfindən Cümhuriyyət Günü münasibətilə təşkil olunan sosial eksperimentdən üzüağ çıxan Rukiyə Tuna adlı qadına xüsusi təşəkkür olunub.

Belə ki, bələdiyyə başçısı Faruk Özlü həyat yoldaşı ilə birgə onu iş başında ziyarət edib. Tunaya Türkiyə bayrağının yerə düşməməsi üçün göstərdiyi həssaslığa görə aylıq maaşı qədər əlavə mükafat verilib həmçinin dövlət bayrağı təqdim olunub.

O isə “Mənə bayraq bəsdir” sözləri ilə bayrağa olan sevgisini bir daha göstərib. Eyni zamanda həmin videodakı kimi əvvəlcə əlcəklərini çıxarıb, daha sonra bayrağı öpərək “Bunu nəvəm üçün cehizinə qoyacağam. Allah sizdən razı olsun”, - deyib.

Qeyd edək ki, Düzcə Bələdiyyəsi tərəfindən Cünhuriyyət Günü münasibətilə hazırlanmış sosial təcrübədə zabit rolunda olan bir əməkdaş İstanbul küçəsində vətəndaşlardan bayraq asmaqda kömək istəyib. Onların arasında iş başında olan təmizlik işçisi Rukiyə Tuna da olub. O, bayrağın yerə düşməməsi üçün əlcəklərini çıxarıb və qaçaraq bayrağı tutub.

Sosial eksperiment məqsədilə çəkilmiş bu görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq izləyiciləri duyğulandırıb. Göstərdiyi həssaslıqla cəmiyyətin rəğbətini qazanan Tuna Türkiyə bayrağına olan sevgisi ilə gündəm olub.






Sizin reklam burada
Sizin reklam burada