Ukraynaya müharibəni davam etdirmək üçün 389 milyard dollar lazımdır

Ukraynaya müharibəni davam etdirmək üçün 389 milyard dollar lazımdır
30 Okt 2025 22:40

Ukraynaya Rusiyaya qarşı müharibəni daha dörd il davam etdirmək üçün təxminən 389 milyard ABŞ dolları (nağd və silah formasında) tələb olunur.

News365.az xəbər verir ki, bu barədə The Economist jurnalı məlumat yayıb. 

Jurnal yazır ki, bu məbləğ son dörd ildə Avropa tərəfindən təqdim edilən yardımın təxminən iki dəfə çoxudur.

Hazırda Kiyevə əsas maliyyə dəstəyi yükü Avropa İttifaqının üzərinə düşür, eyni zamanda Ukraynada müharibə xərcləri hər il orta hesabla 20% artır.


Sizin reklam burada
Sizin reklam burada