Alyaska sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib

Alyaska sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib
30 Okt 2025 23:20

ABŞ-nin Alyaska ştatının sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 291 min nəfərin yaşadığı Ankoric şəhərindən 177 km şimalda yerləşib. Ocaq 23 km dərinlikdə olub.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.



Sizin reklam burada
Sizin reklam burada