HƏMAS iki israilli əsirin meyitini qaytarıb

HƏMAS iki israilli əsirin meyitini qaytarıb
20:00

HƏMAS hərəkatının nümayəndələri iki israilli əsirin meyitinin qalıqlarını Qırmızı Xaç nümayəndələrinə təhvil veriblər.

Bu barədə News365.az “Ynet"ə istinadən xəbər verir.

Məlumatı İsrail Müdafiə Qüvvələri və "Şin Bet" təsdiqləyib. Əsirlərin meyitlərinin qalıqlarının olduğu iki tabut Qəzza zolağında Qırmızı Xaça təhvil verilib və tezliklə israilli hərbçilərə çatdırılacaq.

İsrail Baş naziri Binyamin Netanyahu öz növbəsində bildirib ki, ölkə bütün girovları və həlak olan israillilərin qalıqlarını qaytarmaqda qərarlıdır.

"Yekunda HƏMAS silahsızlaşdırılacaq, Qəzza isə hərbsizləşdiriləcək. Xarici qüvvələr bunu etsə, yaxşı olar, amma etməsələr, biz özümüz edəcəyik", - o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada